Gecə Bakıda namus üstündə qan töküldü

Gecə Bakıda namus üstündə qan töküldü

Hazırda oxunan: Gecə Bakıda namus üstündə qan töküldü

67608
Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı Bakıxanov dəmiryol stansiyası ərazisində 28 yaşlı Seymur Məmmədov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Tərəflər arasında mübahisə Seymur Məmmədovun qeyri-rəsmi yaşadığı qadının işlədiyi kafedə başlayıb. Kafedə müştəri olan şəxslə Seymur Məmmədov arasında mübahisə düşüb. Mübahisəni həll etmək üçün tərəflər dəmiryol satnsiyasına gediblər. Naməlum şəxs qəfildən cibindən bıçaq çıxararaq ona zərbələr endirməyə başlayıb. Daha sonra hadisə yerindən qaçıb.xa0

Seymur Məmmədovu xəstəxanaya çatdırmaq üçün hadisə yerinə təcili tibbi yardım briqadası çağrılıb. Yaralı təcili tibbi yardım avtomobilinə qoyulandan sonra onunla qeyri-rəsmi yaşadığı qadın və daha iki nəfər həkimlərini yanına əyləşib. Həkimlər yolda yaralıya ilkin tibbi yardım göstərərkən avtomobildə olan şəxslərdən biri onlara bıçaq çıxardaraq hədə qorxu gəlməyə başlayıb və ilkin tibbi yardım göstərilməsinə maneçilik edib. Yaralı xəstəxanaya sağ salamat çatdırlaraq dərhal əməliyyat olunub.xa0

4 bıçaq xəsarəti alan Seymur Məmmədov əməliyya olunan zaman özlərini onun yaxınları kimi təqdim edən şəxslər əməliyyat otağına daxil olmağa çalışıblar. Lakin təhlükəsizlik xidmətinin əməkdaşları onların bu istəyinin qarşısını ala biliblər. Yaralı Seymur Məmmədovun yaxınlarının hərəkətləri barədə Sabunçu polisinə məlumat verilib. Baş vermiş bıçaqlanma hadisəsi isə dəmiryol stansiyasının əraqzisində baş verdiyindən faktı Sabunçu xətt polis şöbəsi araşdırır.xa0

Hadisəni törədən şəxsin kimliyi isə artıq müəyyən edilib. Onun tutularaq istintaqa verilməsi istiqamətində əməliyyat axtarış-tədbirləri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO