Leyla Şıxlinskayanın əmlakını mənimsəyənlər həbs edilmədi -  HÖKM

Leyla Şıxlinskayanın əmlakını mənimsəyənlər həbs edilmədi - HÖKM

Hazırda oxunan: Leyla Şıxlinskayanın əmlakını mənimsəyənlər həbs edilmədi - HÖKM

259921
Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti Leyla Şıxlinskayanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.xa0

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.xa0

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib.xa0

Xatırladaq ki, prokuror çıxışında Ş.Abbasovanın doqquz il, Y.Abdullayevanın iki il, S.Qasımova, Aytən Hüseynova və Mədinə Hüseyevanın isə hər birinin beş il müddətinə azadlıqdan məhrum edilməsini və onların məhkəmə zalında həbs olunmasını istəmişdi.xa0

İttihama görə, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar. Ekspertiza rəyinə əsasən, zərərçəkmişə 56 min manat ziyan dəyib. Onlar məhkəmə istintaqı dövründə dəymiş ziyanı ödəyiblər.xa0

İstintaq zamanı təqsirləndirilən şəxslərin barəsində həbs-qətimkan tədbiri seçilməmişdi.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO