Ağstafada 3.5 ton narkotik yandırıldı

Ağstafada 3.5 ton narkotik yandırıldı

Hazırda oxunan: Ağstafada 3.5 ton narkotik yandırıldı

233970
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Moderator.az xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir İbrahimovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu, evindən isə 375,5 qram marixuana və 1 ədəd qələm tapança aşkar edilərək götürülüb.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağköynək kənd sakini Elvin Qocayevdən 305 qram marixuana götürülüb.

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları Qırlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 3,5 tona yaxın 4800 ədəd çətənə kolu aşkar edərək məhv ediblər.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO