Təbriz Apelyasiya Məhkəməsi azərbaycanlı milli-mədəni fəallar Milad Əkbəri və Əli Həmzəzadə barəsində çıxarılan həbs qərarını qüvvəsində saxlayıb.
Qərara əsasən, hər iki aktivistin 4 aylıq həbs cəzası dəyişdirilməyib.
Qeyd edək ki, Əkbəri və Həmzəzadə keçən ilin iyulunda ETTELAAT (İran Kəşfiyyat Nazirliyi ”“ red.) tərəfindən həbs edilmiş və 17 gün təcridxanasında saxlanılmışdılar.
Hər iki aktivist system əleyhinə təbliğatda və əhalinin qanunsuz toplaşmasına çağırış etməkdə təqsirləndirilir.(Axar.azxa0)




































































































