Virtualaz.org- un verdiyi xəbərə görə, bu dəqiqələrdə Sabunçu Rayon Polis İdarəsinin binasının qarşısında dindarlarla təhlükəsizlik qüvvələri arasında gərginlik hökm sürür.
Daxili Qoşunların bir neçə avtobus dolu əsgəri və xüsusi təyinatlı polislər binanı əhatəyə alıb, heç kim yaxına buraxılmır.
Polis idarəsinin qarşısındakı gərginliyin səbəbi Nardardanda bu gün keçirilən əməliyyat zamanı həbs edilən dini ekstremistlərin - Tale Bağırzadənin və digərlərinin orada saxlanılmasıdır. Bir qrup islamçı polis binasının qarşısında toplaşmağa cəhd edir. Onlar həbs olunanların buraxılmasına nail olmağa çalışır.





































































































