Tanınmış hüquqşünas Qurban Məmmədov bir neçə gündür ki, MTN olayları ətrafında yaranmış durumla bağlı fikirlərini, xüsusən də bu gün Hacı Məmmədovdan betər "xoxan" kimi cəmiyyətdə ad çıxaran MTN generalı Akif Çovdarovla 2011 - ci ildəki ilginc söhbəti barədə yazaraq saytımıza göndərir.
Yazmışdım ki, vaxtilə MTN-dən uzaqlaşdırılsalar da, Akif Çovdarovla keçmişdə birlikdə işləyən, ona rəhbərlik edən başqaları necə, vaxtında öz vəzifələrini yerinə yetirmədiklərinə, prezidentə və ya səlahiyyətli şəxslərə bu qanunsuzluqlar barədə vaxtında xəbər vermədiklərinə görə məsuliyyət daşımalıdırlarmı?
Onların kimliyi sizlərə məlumdurmu?
Bu adamların bu gün də müxtəlif önəmli vəzifələrdə çalışmaları dövlətimiz üçün potensial təhlükə deyilmi?
Bu qədər geniş yayılmış şəbəkəyə qarşı Prezident təkbaşına mübarizə apara bilərmi?..”x9d
Ən vacib suallardan biri də budur: “MTN işi”x9d dövlətçilik naminə, qanunun aliliyi naminəmi edilir?
Bu sualların hər birinə ayrı - ayrılıqda cavab verməyə çalışacağam.
Hələliksə, Akif Çovdarovla görüşüm və bu görüşdə Xəzər dənizində şəhər salmaq kimi bir avanturanın müəllifi olan, Beynəlxalq Bankdan aldığı 800 milyon dolları vaxtında geri qaytarmadığına görə məşhər ayağına çəkilən məşhur “iş adamı”x9d İbrahim İbrahimov barədə.
O daha çox “Nehrəmli Hacı İbrahim”x9d kimi tanınir.
Yeri gəlmişkən, 25 mart 2013-cü ildə saytlardan birində getmiş aşağıdakı məqaləyə də diqqət etmənizdə fayda var:
(25 Mart 2013)Hacı İbrahim Nehrəmli şəxsi sərvətinin 2,5 milyard dollar olduğunu açıqlayıb
“Xəzər adaları”x9d layihəsinin müəllifi, “Avesta Concern”x9dnin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli şəxsi sərvətinin 2 milyard manat (təxminən 2.5 milyard dollar) olduğunu açıqlayıb.
İbrahim Nehrəmli Türkiyənin “Hürriyyət”x9d qəzetinə bildirib ki, o vəsaitini xaricə çıxarmqdansa, ölkəyə sərmayə kimi yatırmağa üstünlük verib. Azərbaycan Prezidenti İlham Əliyevə yaxınlığını gizlətməyən Hacı İbrahim Nehrəmli, sərvətinin dövlətdən gəlmədiyini söyləyib: “İlham Əliyev böyük adamın, böyük oğuludur. Kimsə vətənini onun qədər sevə bilməz. Əliyev olmasa, bu layihə də olmazdı. Çünki o da bu layihənin tamamlanmasını istəyir. Amma bu da bilinsin ki, dövlətlə heç bir əlaqəm olmadan, bu sərvəti qazanmışam. Yəni, tenderə girmək üçün heç müraciət də etməmişəm. Həmişə onlar mənə müraciət ediblər. Çünki mənə inanırlar, edə biləcəyimi bilirlər. Mən də 2 milyardımı xaricə apara bilərdim. Amma burada sərmayə qoyuram”x9d.
Qeyd edək ki, Hacı İbrahim Nehrəmli Xəzər dənizində “Xəzər adaları”x9d adlı ada-şəhər inşa etdirir. Layihənin ümumi dəyəri 100 milyard dollardır.
© Marja”x9d
Hələ 2013-cü ildə, özünün də etiraf etdiyi kimi, iki milyard şəxsi sərvəti olan İbrahim İbrahimovu Akif Çovdarov və ya Eldar Mahmudovla hansı maraqların birləşdirdiyini bilmirəm.
Ancaq 2011-ci ilin əvvəllərində mən məhz bu “iş adamı”x9dnın MTN-ə müraciəti əsasında Akif Çovdarovla görüşməli oldum.
O vaxt Bağırov Vaqif Kərəm oğlu adlı orta səviyyəli bir iş adamı hüquqi yardım göstərmək üçün mənə müraciət etmişdi. Ticari müqavilələrin hazırlanmasında, bəzi danışılqların aparılmasında, idarə sənədlərinin qaydaya salınmasında ona yardım edirdim.
Bir gün Gəncə şəhərində olarkən, axşamüstü mənə V. Bağırovun ofisindən həyəcanlı zəng gəldi.
Özlərini MTN zabitləri kimi təqdim edən üç nəfər şəxs ofisi basaraq Vaqifi MTN - ə aparmağa cəhd edirlər. Nə etməli olduqlarını soruşdular. Mən gələnlərin əllərində rəsmi çağırış vərəqi və ya başqa bir rəsmi sənəd olub - olmadığı ilə maraqlandım. Yox idi. Özlərini necə təqdim etmələrini soruşdum. Üzərində “MTN”x9d yazılan vəsiqə göstərib, Akif Çovdarovun tapşırığı ilə gəldiklərini bildirdiklərini dedilər.
Onda mən Bakıya gələnədək ofisi tərk etməmələrini, heç hara getməmələrini, Vaqif Bağırovun mənsiz MTN-nin binasına daxil olmamasını məsləhət gördüm. Gələnlər bir qədər dartışma və hədə - qorxudan sonra ofisi tərk edib gediblər.
Gecəykən Bakıya döndüm.
Vaqif səhər saat onda Akif Çovdarovun yanında olmalı idi.
Ancaq mənim də onunla birlikdə gələcəyimdən MTN - də heç kimin xəbəri yox idi.
Səhər saat 09-45-də artıq MTN - nin növbətçi hissəsinin qarşısında idik. Növbətçiyə özümüzü təqdim edib, Akif Çovdarovun dəvəti ilə gəldiyimizi bildirdim.
O vaxt o hələ general deyildi.
Bu görüşdən düz bir il sonra, yəni 27 mart 2012-ci ildə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Çovdarov Akif Teymurxan oğluna, Maddi-texniki Təminat Baş İdarəsinin rəisi Həmidov Nizaməddin Baba oğluna və Monitorinq Mərkəzinin rəisi Quliyev Teymur Rəcəb oğluna general-mayor ali hərbi rütbəsi veriləcəkdi.
Nə sirdirsə, mən o idarəyə gedəndən bir ay sonra, yəni 11 aprel 2011-ci ildə Akif Çovdarova bir başa əmr və göstərişlər verən, bilavasitə rəhbərlik edənlərdən biri, MTN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinə rəhbərlik edən nazir müavini general-mayor Əli Nağıyev vəzifəsindən uzaqlaşdırıldı...
Çox keçməmiş bir zabit gəldi və Vaqif Bağırovu içəri dəvət etdi. Əvvəlcədən razılaşdığımız kimi, o mənsiz getməkdən imtina etdi. Zabit getdi, qayıtdı və israrla V. Bağırovu tək aparmaq istədi. Bu get - gəl bir neçə dəfə təkrar olundu. Gərginlik getdikcə artırdı.
Nəhayət, mən zabitə izah etdim ki, vətəndaşın nümayəndəyə malik olmaq hüququ var və mənim iştirakım olmadan onu heç kim dindirə bilməz. Ya mənimlə birlikdə qəbul edəcəklər, ya da biz buradan birbaşa Prezident Aparatına gedib dünən və bu gün baş verənlər barədə şikayət edəcəyik.
Yenə də get - gəllər başladı və nəhayət, bizi birlikdə içəri aldılar.
1998 - ci ilin 04 fevralında qanunsuz olaraq həbs edilərək saxlandığım “təhlükəlilik idarəsi”x9dnə indi hüquqşünas - nümayəndə kimi, bir vətəndaşımızı qorumaq üçün gedirdim.
Bizi yarımqaranlıq dəhlizlərdən, dolanbac koridorlardan keçirib bir otağın qapısının qarşısına gətirdilər.
Zabit məruzə üçün içəri keçdi. Biz gözlədik.
Bir azdan qapı açıldı və bizi içəri dəvət etdilər. Mən onu belə yaxından ilk dəfə görürdüm.
Otağa daxil olmağımızla başladı, nə başladı”¦
Bu o idi..
Ardı var...





























































































