Azərbaycanda kişiləri seks videoları ilə hədələyən dəstə tutuldu

Azərbaycanda kişiləri seks videoları ilə hədələyən dəstə tutuldu

Hazırda oxunan: Azərbaycanda kişiləri seks videoları ilə hədələyən dəstə tutuldu

103009
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov, həmçinin Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyev və Natiq Kazımov saxlanılıblar. 

Moderator.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, keçirilən tədbirlərlə onların Gülnar adlı şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları hədəsi ilə bir neçə vətəndaşdan külli miqdarda pul almaları müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarə əməkdaşları tərəfindən Şirvan şəhər sakini Gülnar Əhmədova da tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Dəstə üzvlərinin cinayət əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə aidiyyəti üzrə polis orqanlarına və ya 012-590-66-58 nömrəsinə zəng edərək məlumat verə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO