“Büdcədə neftin bir barelinin qiyməti 70 dollar olacaq” - Vahid Əhmədov səbəbini açıqladı

“Büdcədə neftin bir barelinin qiyməti 70 dollar olacaq” - Vahid Əhmədov səbəbini açıqladı

Hazırda oxunan: “Büdcədə neftin bir barelinin qiyməti 70 dollar olacaq” - Vahid Əhmədov səbəbini açıqladı

79930

“Dövlət büdcəsində neftin bir barelinin 70 dollardan götürüləcəyi gözlənilir”. 

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov dövlət büdcəsində neftin bir barelinin neçə dollardan götürülməsinin vacibliyi barədə danışarkən deyib:

“Düşünürəm ki, indiki situasiyada bu, daha məqbul variantdır. Yəqin ki, Milli Məclis də bunu qəbul edəcək. Çünki neftin qiymətinin yüksək olması ilə gəlirlərimiz artıb. Hazırda təhlükəsizlik, müdafiə məsələlərinə, Qarabağda gedən quruculuq işlərinə xeyli vəsaitin ayrılması vacibdir. Ona görə də düşünürəm ki, bu dəfə neftin bir barelinin qiyməti 70 dollardan götürüləcək”.

Qeyd edək ki, bundan əvvəlki büdcədə neftin bir barreli 50 dollardan götürülmüşdü.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO