Azərbaycanda 160 ucqar kənd alternativ enerji ilə təmin ediləcək – RƏSMİ  

Hazırda oxunan: Azərbaycanda 160 ucqar kənd alternativ enerji ilə təmin ediləcək – RƏSMİ  

78591

“Bu il Azərbaycanda 25 meşəətrafı ərazilərdə yerləşən kəndlərin qazlaşdırılması planlaşdırılıb”. 

Bizim.Media xəbər verir ki, bunu "Azəriqaz"ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib. 

“Bu kəndlərin qazlaşdırılması ekoloji tarazlıqda mühüm rol oynayacaq”, - deyə Teymur Cəfərov qeyd edib. 

Onun sözlərinə görə, hazırda Azərbaycanda 900-ə yaxın qazlaşmayan yaşayış məntəqəsi var ki, bunlarında 420-i meşə ətrafı ərazilərdə yerləşir.  

Bu 420 yaşayış məntəqəsindən də təqribən 160-ı ucqar bölgələrdə yerləşdiyinə görə, gələcək və mövcud qaz mənbələrindən uzaq məsafədə yerləşdiyinə görə, onların digər alternativ enerji növləri ilə təminatı nəzərdə tutulub. 

“Qalan kəndlərin isə qazlaşması, mərhələləri şəkildə bu il daxil olmaqla maliyyə resurslarına uyğun olaraq nəzərdə tutulub”, - Teymur Cəfərov vurğulayıb. 

Xatırladaq ki, 2022-ci ilin qazlaşdırma proqramı çərçivəsində, 69 kəndin və 62 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO