Maaş artır, alıcılıq qabiliyyəti aşağı düşür – İlham Şabandan tərs mütənasibliyin İZAHI 

Hazırda oxunan: Maaş artır, alıcılıq qabiliyyəti aşağı düşür – İlham Şabandan tərs mütənasibliyin İZAHI 

78144

Mayın 6-da maliyyə nazirinin müavini Azər Bayramovun iştirakı ilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası baş tutub. Nazirlik rəsmisi 2022-ci il üçün dövlət büdcəsində neft qiymətlərinə yenidən baxılması, eləcə də ölkədə inflyasiya səviyyəsinin müəyyən olunmuş həddən artıq olması kimi məsələlərə toxunub.

Sözügedən mövzularda Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı-ekspert İlham Şabanın sözlərinə görə, dövlət büdcəsində neft qiymətlərinin 50 dollardan, 70-75 dollar səviyyəsinə qədər artırıla bilər:

“Orta qiymət olaraq əvvəlki proqnoz göstəriciləri 50% dəyişdiriləcək. Əldə edilən bu artımın bir hissəsi büdcə kəsrinin (hansı ki, cari il üçün 3 milyard manatdır) qarşılanmasına, digər hissəsi isə tikinti və sosial xərclərə yönəldilə bilər”.
Ekspert neft qiymətləri ilə bağlı proqnozun büdcənin gəlir hissəsində artırılmasının inflyasiyaya mümkün təsirlərini də şərh edib:

“Ümumiyyətlə, dövlət strukturları ilə bağlı hər hansı qiymət artımı inflayasiyanı daha da alovlandırır. Çünki, pərakəndə satış məntəqələrində qiymət artımı hesabına ÜDM-in artımı mümkün olur. Daha çox vəsait xərclənir və rəsmən ÜDM artır. İkincisi, insanların əllərində olan vəsait, əsasən, onların ilkin xərclərinin ödənməsinə yönəlir. Vətəndaşlar digər məqsədlər üçün öz gəlirlərini yönləndirə bilmirlər. 

Adi bir fakta nəzər salaq. Ötən il oktyabrın ayında 2022-ci il üçün dövlət büdcəsi müzakirəyə çıxarılarkən əmək haqqının artırılması nəzərdə tutuldu. Maaşlar yanvarda artırıldı, oktyabrdan etibarən isə qiymətləri artırmağa başladılar.

Bazarı idarə edən adamlar özləri bunu etməsə idilər, bu cür artım mümkün olmazdı. Həmin vaxtda 1,70-1,80 manata satılan yerli istehsal olan məhsullar cəmi 6 ay sonra 2,20-2.30 manata gəlib çatıb”.
İlham Şaban hökumət tərəfindən qiymətlərin cilovlanacağı təqdirdə, vətəndaşların maaş artımı nəticəsində öz həyat şəraitlərini yaxşılaşdıra biləcəklərini qeyd edib. Ekspert əlavə edib ki, bu, insanların sonradan sosial yardım üçün növbəyə durmalarından daha yaxşıdır.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO