Daha bir ölkə Rusiyadan qaz alışını dayandırır

Hazırda oxunan: Daha bir ölkə Rusiyadan qaz alışını dayandırır

75724

Polşa “Qazprom”la qaz müqaviləsini vaxtından əvvəl ləğv etmək qərarına gəlib.  

Bizim.Media xəbər verir ki, hökumət Rusiya prezidenti Vladimir Putinin qeyri-qanuni tələbini yerinə yetirməkdən və qazın pulunu rublla ödəməkdən imtina edib.

Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Piotr Naimski Polşa radiosunun efirinə açıqlamasında “30 ildən sonra Polşa ilə Rusiya arasında qaz sənayesində münasibətlərin dayandığını söyləmək olar” – deyə bildirib.
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məsələ ilə bağlı “Telegram” kanalında paylaşım edib:

"Polşa Rusiya qazının tədarükü ilə bağlı müqaviləni vaxtından əvvəl ləğv etmək qərarına gəlib. Polşalılar Rusiyanın tələbi ilə enerji resursunu rublla ödəməyəcəklər". Qeyd edək ki, daha əvvəl Rusiya qazın pulunu rublla ödəməmək qərarına gəldikləri üçün Polşaya qaz nəqlini dayandırdıqlarını açıqlamışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO