Daha 2 faydalı qazıntı yatağı özəlləşdirilir

Hazırda oxunan: Daha 2 faydalı qazıntı yatağı özəlləşdirilir

75490

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 22-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək. 

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, Quba rayonunda yerləşən “Babaçay” qum çınqıl yatağının 5 LOT üzrə 21 hektar sahəsi və “Qonaqkənd” qum-çınqıl yatağının 15 LOT üzrə 73 hektar sahəsi hərraca çıxarılıb. 

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 14 iyun saat 16:00-a qədər qəbul olunur. 

Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. 

Açıq hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək. Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında və “Özəlləşdirmə portalı”nda tanış olmaq olar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO