İyul ayından Azərbaycanda Aİ-95 markalı benzinin istehsalına başlanılacaq – Qiymətlər BAHALAŞACAQMI?

Hazırda oxunan: İyul ayından Azərbaycanda Aİ-95 markalı benzinin istehsalına başlanılacaq – Qiymətlər BAHALAŞACAQMI?

75378

“İyul ayından Azərbaycanda Aİ-95 markalı benzinin qiymətini də Tarif Şurası müəyyənləşdirəcək”.

Bunu Bizim.Media-ya açıqlamasında “Liberal İqtisadçılar” İctimai Birliyinin sədri Akif Nəsirli dünyada neftin qiymətinin bahalaşması fonunda əvvəlki illərdən fərqli olaraq indilikdə bu halın özünü Azərbaycanın idxal etdiyi Aİ-95 markalı benzinin qiymətində göstərməməsinə münasibət bildirərkən deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda dizelin qiyməti qalxa bilərmi? - AÇIQLAMA


“Ukrayna hadisələri və Rusiyaya yönəlik sanksiyalar fonunda neftin qiyməti də bahalaşır. Onun maya dəyəri artır.  

Belədə, Azərbaycanda xaricdən gətirilən və qiyməti dövlət tərəfindən tənzimlənməyən Aİ-95 markalı benzinin də bahalaşma ehtimalı istisna deyil. Amma bu proses indiyə kimi baş verməli idi. Baş verməyibsə, deməli hökumət həmin idxal benzini subsidiyalaşdırır. Yəni güman ki, artan hissəyə görə sahibkara kompensasiya ödənilir. Ona görə də Aİ-95 benzini indiyə kimi Azərbaycanda bahalaşmayıb. 

Məsələ ondadır ki, bir neçə aydan sonra Azərbaycan özü Aİ-95 markalı benzini istehsal edəcək. Uzağı iyul ayında Aİ-95-də ölkə daxilində istehsal olunacaq.

Bu səbəbdən indiki halda, dünyada bahalaşmaya rəğmən ölkəmizdə Aİ-95-in qiymətinin artmasının qarşısı alınır. Belədə, iyuldan başlayaraq Aİ-95 markalı benzinin də qiymətini Tarif Şurası müəyyənləşdirəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO