“Azərbaycanın BƏƏ ilə çox iddialı planları var\" - NAZİR

Hazırda oxunan: “Azərbaycanın BƏƏ ilə çox iddialı planları var\" - NAZİR

75341

“Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkənin enerji sektorunda daha geniş və hərtərəfli iştirakı ilə bağlı fəal müzakirələr aparır”. 

Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Emirates News Agency”yə bildirib. 

“Azərbaycanın BƏƏ ilə birlikdə həyata keçirməli olduğu çox iddialı planları var. Hər iki ölkənin rəhbərliyi arasında yaxşı münasibətləri nəzərə alaraq, biz daha da sıx əməkdaşlıq qurmaq istəyirik. Əminəm ki, qarşıdakı illərdə enerji sektorunda bizim çox əhatəli əməkdaşlığımız olacaq” – deyə nazir qeyd edib. 

O bildirib ki, BƏƏ-nin ölkə daxilində və xaricdə davamlı inkişaf üçün maliyyələşdirmə vasitəsi olan Abu-Dabi İnkişaf Fondu 230 meqavat gücündə Qaradağ Günəş Fotovoltaik Elektrik Stansiyası layihəsinin əsas maliyyə tərəfdaşıdır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO