Özəlləşdirmədən dövlət büdcəsinə 6,1 milyon manat daxil oldu

Hazırda oxunan: Özəlləşdirmədən dövlət büdcəsinə 6,1 milyon manat daxil oldu

75199

Bu il dövlət əmlakının özəlləşdirilmə və icarəsindən 23,6 mln. manat daxil olub.

Əmlak Məsələləri Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, ay ərzində 8 hərrac keçirib.

Hərraclarda 1 yarımçıq tikili, 91 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bununla yanaşı ümumilikdə 512 yeni icarə müqaviləsi bağlanılıb. Onlardan 98-i qeyri-yaşayış sahələri üzrə, 414-ü isə torpaq sahələrinə dair olub. 2021-ci ilin aprel ayı ilə müqayisədə 372 ədəd və ya 3,65 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən aprel ayında dövlət büdcəsinə ümumilikdə 2,3 mln. manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, ay ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 8,4 mln. manat vəsait büdcəyə daxil olub.

Cari ilin 4 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 23,6 mln. manata yaxın vəsait daxil olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO