Gəncə Avtomobil Zavodu ilə Belarusun 2 zavodu arasında memorandum imzalandı - FOTO 

Hazırda oxunan: Gəncə Avtomobil Zavodu ilə Belarusun 2 zavodu arasında memorandum imzalandı - FOTO 

75179

Gəncə şəhərində rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Roman Qolovçenko Gəncə avtomobil zavodu İstehsalat Birliyində olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qonaqları qarşılayan Birliyin Müşahidə Şurasının Sədri Xanlar Fətiyev müəssisənin fəaliyyəti barədə baş nazirə və digər belaruslu nümayəndə heyətinə məlumat verib.

Qeyd olunub ki, 2006-ci ildə ölkə başçısı cənab İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri zamanı bağlanmış ikitərəfli müqavilə əsasında Gəncə avtomobil zavodunda yeni yığım xəttləri quraşdırılıb, müəssisəmizdə müxtəlif markalı traktor və MAZ avtomobillərinin istehsalına başlanılıb.
Bu günə  qədər müəssisədə 12200-ə yaxın  8 modeldə traktor, 8 modeldə müxtəlif modifikasiyalarda 3000-ə yaxın  MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə  istifadəyə verilib. Bu avtomobillərin yığımının 30-40 % -ni yerli istehsal təşkil edir.

Qonaqların diqqətinə o da çatdırılıb ki, müəssisə 2006-ci ildən başlayaraq Belarusun “Moqilyovtransmaş”, “Minsk təkərli dartıcılar” zavodu, “Bobruysk” ehtiyat hissələri və avadanlıqlar istehsalı zavodu, “Qomselmaş”, “Belkommunaş”  açıq tipli səhmdar cəmiyyətləri ilə sıx əməkdaşlıq edir.

Zavodumuzda Belarus şirkətləri ilə birgə əməkdaşlıq çərçivəsində müxtəlif model yük avtomobilləri və traktorlar, taxılyığan kombaynlar, avtokranlar, ağır yük daşıyan dartıcılar, maye qazla işləyən avtobuslar, müasir elektrobusların yığımını həyata keçirilir.

Müəssisə ilə yaxından tanışlıqdan sonra Belarus Respublikasının Baş naziri Roman Qolovçenkonun iştirakı ilə Gəncə avtomobil zavodu İB-i və Belarus müəssisələri arasında əməkdaşlıq memarandumu və müqavilə imzalanıb.
İlkin olaraq, traktorların komplekləşdiricilərinin alınması məqsədilə Gəncə Avtomobil Zavodu İB nin direktoru Bağban Nəbiyev və Minsk Traktor Zavodunun dirüktoru V. Vovk imzalayıb.

Sonra Belarusun Qomselmaş şirkətinin dirüktor müavini D. Afanasyev və Gəncə Avtomobil Zavodu İB nın direktoru Bağban Nəbiyev iki müəssisə arasında niyyət memarandumunu imzalayıblar.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO