Neft hasilatı azalır, neftdən gələn gəlirlər isə artır – İzahı İlham Şabanın ŞƏRHİNDƏ 

Hazırda oxunan: Neft hasilatı azalır, neftdən gələn gəlirlər isə artır – İzahı İlham Şabanın ŞƏRHİNDƏ 

74206

ABŞ-ın Exon Mobile şirkəti açıqlamasında “Azəri Çıraq Günəşli” yatağının neft hasilatının ötən illə müqayisədə azaldığı ilə bağlı məlumat yayıb. Dövlətin neftdən gələn gəlirləri isə son dörd ay ərzində iki dəfə artıb.

Bizim.Media ortaya çıxan ziddiyyətlərə aydınlıq gətirmək məqsədilə ekspert İlham Şabanın fikirlərini öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:

OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...


Ekspertin sözlərinə görə ilk dəfə ABŞ-ın “Exon Mobile” şirkətinin açıqlamasına görə 2019-cu ildən başlayaraq yerli neft yataqlarında hasilatın azaldığı müşahidə olunub:

“Buna müvafiq olaraq şirkətlərə çatan həcmlər də azalır”.

Ekspertin sözlərinə görə neft hasilatının azalmasına baxmayaraq statistikaya baxsaq görərik ki, son dörd ay ərzində dövlətin neftdən gələn gəlirləri iki dəfə artıb:

“Neft həcminin azalmasının dövlətin gəlirlərinə mənfi təsir göstərməməsinin yeganə səbəbi bazarda neft qiymətlərinin çox yüksək olması ilə bağlıdır. Məhz buna görə də dövlətin neftdən gələn gəlirləri əvvəlki illərlə müqayisədə artmaqdadır. Neftin dünya bazarında bahalaşması tendensiyası isə hələ davam edəcək”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO