Nemtsovun öldürüldüyü ərazidə olan bəzi kameralar hadisədən əvvəl söndürülüb

Nemtsovun öldürüldüyü ərazidə olan bəzi kameralar hadisədən əvvəl söndürülüb

Hazırda oxunan: Nemtsovun öldürüldüyü ərazidə olan bəzi kameralar hadisədən əvvəl söndürülüb

71282
Boris Nemtsovun qətlə yetirildiyi ərazidə olan bəzi videomüşahidə kameralarının hadisədən əvvəl söndürüldüyü ortaya çıxıb.

APA-nın “Kommersant”x9d qəzetinə istinadən verdiyi məlumata görə, qətlin törədildiyi Moskvoretsk körpüsünə baxan bir sıra kameralar təmir səbəb göstərilərək söndürülüb.
 
Hadisədən sonra yalnız bir kameranın görüntüləri yayılıb. Lakin həmin görüntülərdə konkret atəş anı yoxdur və həmin an oradan keçən bir avtomobil olay yerinin görünməsinin qarşısını alır. 
 
Qeyd edək ki, istintaq qətlin qeyri-peşəkarlar tərəfindən törədildiyini güman edir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO