Vahid Ələkbərov “Lukoyl”un rəhbərliyindən getdi

Vahid Ələkbərov “Lukoyl”un rəhbərliyindən getdi

Hazırda oxunan: Vahid Ələkbərov “Lukoyl”un rəhbərliyindən getdi

70753

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov şirkətin Direktorlar Şurasının üzvü və şirkətin prezidenti postunu tərk edib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. 

“Bu gün şirkətin direktorlar şurasının sədrinə müvafiq istefalar göndərilib” – deyə məlumatda bildirilib. 

Həmçinin qeyd edilib ki, Ələkbərov hakim səhmdar deyil, o, birbaşa səhmlərin cəmi 3,12%-nə, həmçinin səsvermə hüququ olmayan fondlar vasitəsilə 5,43%-ə sahibdir. 

Xatırladaq ki, Rusiyanın Ukraynada apardığı “xüsusi əməliyyat” səbəbilə Vahid Ələkbərov da sanksiyaya məruz qalan iş adamları sırasındadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO