Koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV tutulmayacağına dair Vergi Məcəlləsinə təklif edilən dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Bizim.Media-nın məlumatına görə, qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinlərin və həmin vaksinlər üçün nəzərdə tutulmuş şprislərin idxalından 2021-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV tutulmayacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:40 / 28.12.2020
Ölkəyə gətirilən koronavirus vaksinləri vergidən azad edilir
Hazırda oxunan: Ölkəyə gətirilən koronavirus vaksinləri vergidən azad edilir
Hazırda oxunan: Ölkəyə gətirilən koronavirus vaksinləri vergidən azad edilir
6652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.