Azərbaycanda kompüter istehsalı artdı

Azərbaycanda kompüter istehsalı artdı

Hazırda oxunan: Azərbaycanda kompüter istehsalı artdı

66136

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2022-ci il yanvar-fevral aylarında 26,9 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 78,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 39,6 faiz artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 2,2 dəfə, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 55,0 faiz, 1 kV -dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı isə 23,6 faiz artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO