"Bu ilin iki ayında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7% artaraq 12 milyard 419,7 milyon manat olub".
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Tvitter səhifəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov yazıb.
Onun sözlərinə görə, bu, ölkəmizdə dayanıqlı iqtisadi artıma yönələn tədbirlərin nəticəsidir.
Bizim.Media
Ölkəmizdə dayanıqlı iqtisadi artıma yönələn tədbirlərin nəticəsi olaraq bu ilin iki ayında #ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7% artaraq 12.419,7 mln. manat olub.#EconomyAz pic.twitter.com/YBRKse76i0
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 16, 2022