Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, “Brent” markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər.
Bizim.Media xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” çıxış edib.
Bankın analitikləri bu ssenaridən qazanc əldə etmək istəyən investorlara təbii qaz və dizel yanacağında mövqe tutmağı tövsiyə ediblər.
“Son bir neçə gündə baş verən hadisələr dəniz gəmiçiliyinin genişlənməsi və intensivləşməsinin pozulması riskinin əhəmiyyətli olduğunu göstərir. “Goldman Sachs”ın neft üçün yüksəliş ssenarisinə 120 dollar hədəf, eləcə də regiondan neft ixracı normallaşarsa 80 dollarlıq aşağı hədəf də daxildir. Xam neft qiymətlərində əhəmiyyətli yüksəliş potensialı görsək də, investorlara geosiyasi risklərdən qorunmaq üçün qlobal təbii qaz və emal olunmuş neft məhsullarında uzun mövqelər tutmağı tövsiyə edirik. Təchizat şokları xam neft bazarı ilə müqayisədə bu sahədə daha böyükdür”.
Qeyd edək ki, Yaxın Şərqdə 6 aydan çox davam edən münaqişədən sonra yaranan durğunluq çoxsaylı enerji qiymətlərinin artmasına səbəb olub. Təbii qaz və neft məhsullarının qiymətlərindəki artım xam neftin qiymətlərinin artımını üstələyib. Sənaye dizel yanacağının qiymətləri bu il iki dəfədən çox artıb.
ABŞ və İran arasında sön günlər Hörmüz boğazı üzərində yaşanan gərginlik fonunda xam neft qiymətləri iyul ayından bəri ən yüksək səviyyəyə çatıb. Hazırda “Brent” neftinin qiyməti 96 dollar civarındadır.
Bizim.Media

































































































