2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 224 milyon 195,4 min manat vəsait geri qaytarılıb.
Bizim.Media xəbər verir ki, geri qaytarılan vəsaitlərə fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə obyektlərindən aldığı mallara, mədəniyyət və tibbi xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilərdə mehmanxana xidmətlərinə görə ödənilmiş ƏDV-nin bir hissəsi daxildir.
Həmçinin əcnəbilərin Azərbaycanda istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödədiyi ƏDV üzrə vəsaitlər geri qaytarılıb.
Bundan başqa, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin bir hissəsi, eləcə də artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları üzrə vəsaitlər geri qaytarılıb.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:13 / 07.09.2026
Bu il dövlət büdcəsindən 224,2 milyon manat geri qaytarıldı
Hazırda oxunan: Bu il dövlət büdcəsindən 224,2 milyon manat geri qaytarıldı
Hazırda oxunan: Bu il dövlət büdcəsindən 224,2 milyon manat geri qaytarıldı
635214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































