Yeddi "OPEC+" ölkəsi (Rusiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, Küveyt, İraq, Qazaxıstan və Oman) nazirləri neft hasilatı üzrə sentyabr kvotalarının müddətini oktyabr ayına qədər uzatmaq qərarına gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın aylıq onlayn görüşünün yekunlarına dair məlumatında deyilir.
Sazişin liderləri - Səudiyyə Ərəbistanı və Rusiya üçün neft hasilatının maksimal həddi müvafiq olaraq 10,478 mln. barel/gün və 9,949 mln. barel/gün səviyyəsində saxlanılıb. İraq 4,431 mln. barel/gün, Küveyt - 2,676 mln. barel/gün, Qazaxıstan 1,628 mln. barel/gün, Əlcəzair 1,007 mln. barel/gün, Oman isə 841 min barel/gün hasil etmək hüququna malikdir.
Məlumatda qeyd olunub ki, saziş iştirakçıları onun tam icrasına nail olmağa sadiq qaldıqlarını təsdiqləyiblər.
"Yeddilər"in növbəti görüşü, həmçinin "OPEC+" nazirlər komitəsinin iclası oktyabrın 4-də keçiriləcək.
Bizim.Media
































































































