Qızılın qiyməti avqustun 19-dan bəri ilk dəfə aşağı düşdü

Qızılın qiyməti avqustun 19-dan bəri ilk dəfə aşağı düşdü

Hazırda oxunan: Qızılın qiyməti avqustun 19-dan bəri ilk dəfə aşağı düşdü

634267

Qızılın qiyməti avqustun 19-dan bəri ilk dəfə olaraq bir troy unsiyası üçün 4,4 min dollar həddindən aşağı enib. Nyu-Yorkun "Comex" birjasında qızılın dekabr fyuçersi Bakı vaxtı ilə təxminən saat 17:00-da 2,14% azalaraq bir unsiya üçün 4,3 min dollara düşüb.

Bizim.Media "Bloomberg"ə istinadla xəbər verir ki, ucuzlaşma dolların möhkəmlənməsi və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda sürətlənib.
 

İnvestorlar getdikcə ABŞ Federal Ehtiyat Sisteminin (FES) yüksək faiz dərəcələrini daha uzun müddət saxlayacağına ümid edirlər.


Bu isə faiz gəliri gətirməyən qızılın cəlbediciliyini azaldır.

4,4 min dollar həddinin aşağı doğru qırılması bazarda korreksiyanı gücləndirə bilər. Bununla yanaşı, "Goldman Sachs" analitikləri geosiyasi vəziyyətin gərginləşəcəyi təqdirdə qızılın qoruyucu aktiv kimi tələbatını yenidən bərpa edəcəyini istisna etmirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO