Avtomobil sahiblərinin nəzərinə - Xərclər artır

Avtomobil sahiblərinin nəzərinə - Xərclər artır

Hazırda oxunan: Avtomobil sahiblərinin nəzərinə - Xərclər artır

633937

Bakıda avtomobil sahibi olmaq artıq yalnız maşın almaqla bitmir. Sürücü avtomobil üçün ödədiyi məbləğdən sonra da hər ay və hər il müxtəlif xərclərlə qarşılaşır. Yanacaq, parklanma, sığorta, texniki qulluq və ehtiyat hissələri avtomobil sahibinin büdcəsinə ciddi təsir göstərir.

Bizim.Media “metbuat.az”a istinadən xəbər verir ki, xüsusilə paytaxtda avtomobildən gündəlik istifadə edənlər üçün parklanma xərcləri də əsas ödənişlərdən birinə çevrilib.
 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, Bakı şəhərində parklanma üçün 5 zona müəyyənləşdirilib və ödənişlər zonadan asılı olaraq dəyişir. Şəhərin bəzi ərazilərində parklanma ödənişsiz olsa da, mərkəzə yaxın ərazilərdə sürücülər saatlıq ödəniş etməli olurlar.


Bu isə avtomobilindən hər gün işə gedib-gələrkən və ya şəhər daxilində istifadə edən şəxslər üçün ay ərzində əlavə xərc yaradır. Gün ərzində bir neçə saat ödənişli parklanma məntəqəsindən istifadə edən sürücünün aylıq xərci kifayət qədər yüksəkdir.

Avtomobil sahiblərinin əsas xərclərindən biri də yanacaqdır. Mühərrikin həcmi, gündəlik qət edilən məsafə və yanacağın növü bu məbləğin dəyişməsinə səbəb olur.

Uzun məsafə qət edən sürücülərin aylıq yanacaq xərci isə bir neçə yüz manata çata bilər.

Bununla yanaşı, avtomobilin icbari sığortası da hər il ödənilməli xərclər sırasındadır. 2026-cı ildə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı yeni qaydaların tətbiqi də diqqət çəkib. Sığorta haqqının hesablanmasında müxtəlif əmsallar nəzərə alınır.

Avtomobilin texniki vəziyyətinin qorunması da əlavə xərc tələb edir. Mühərrik yağı və filtrlərin dəyişdirilməsi, əyləc sisteminə qulluq, şinlərin yenilənməsi, akkumulyator, asqı və digər hissələrin təmiri avtomobil sahibinin büdcəsinə ciddi yük yaradır.

Ən böyük xərc isə çox vaxt gözlənilməz nasazlıqlardan yaranır.

Mühərrik, sürətlər qutusu və ya elektron sistemlərdə meydana çıxan ciddi problem bir anda yüzlərlə, bəzi hallarda isə minlərlə manatlıq xərcə səbəb olur. Odur ki, Bakı kimi sıx və hərəkətin intensiv olduğu şəhərdə avtomobili il ərzində saxlamaq üçün yanacaqdan parklanmayadək, sığortadan texniki xidmətədək bir sıra xərcləri əvvəlcədən nəzərə almaq lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO