İçkiyə ən çox pul xərcləyən bölgələr - SİYAHI

İçkiyə ən çox pul xərcləyən bölgələr - SİYAHI

Hazırda oxunan: İçkiyə ən çox pul xərcləyən bölgələr - SİYAHI

618271

Bu ilin ilk rübündə (yanvar-mart) Azərbaycanda əhali alkoqollu içkilərə ayda adambaşına orta hesabla 2.35 manat vəsait xərcləyib.

Bizim.Media “yeniavaz.com”a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5% artıb.

Qeyd edək ki, alkoqollu içkilərə ən çox Qazax-Tovuz iqtisadi rayonunda pul xərclənib.

Bu iqtisadi rayonda sakinlər ayda adambaşına orta hesabla 3.9 manat içkiyə pul xərcləyiblər.
 

İçkiyə ən az pul xərcləyənlər isə Lənkəran-Astara iqtisadi rayonunda yaşayanlar olub - ayda adambaşına orta hesabla 1.4 manat.


Alkoqollu içkilərə ayda adambaşına xərclənən vəsait iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub:

Qazax-Tovuz - 3.9 manat;

Şəki-Zaqatala - 2.6 manat;

Bakı - 2.5 manat;

Gəncə-Daşkəsən - 2.5 manat;

Abşeron-Xızı - 2.5 manat;

Mərkəzi Aran - 2.5 manat;

Qarabağ - 2.4 manat;

Naxçıvan - 2.4 manat;

Şərqi Zəngəzur - 2.2 manat;

Mil-Muğan - 2.2 manat;

Quba-Xaçmaz - 2 manat;

Dağlıq Şirvan - 1.6 manat;

Şirvan-Salyan - 1.5 manat;

Lənkəran-Astara - 1.4 manat.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO