Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda – Foto

Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda – Foto

Hazırda oxunan: Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda – Foto

617093

Yeni nəsil Volqa K50 modeli təqdim olunub.

Bizim.Media xəbər verir ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF-2026) yenilənmiş Volqa markasının flaqman modeli olan Volqa K50 nümayiş etdirilib.

Məlumata görə, avtomobil Çin istehsalı olan" Geely Monjaro" modeli bazasında yaradılıb.

Yeni modelin baza komplektasiyasına panoram dam və lyuk, salon işıqlandırması, 12 dinamikli audio sistem, tam qış paketi, yaddaş funksiyalı elektrik tənzimləməli oturacaqlar, ön oturacaqların ventilyasiyası və masaj funksiyası daxildir. 

Bildirilir ki, avtomobilin seriya istehsalına bu ilin ikinci rübündə başlanılıb. Zavodun illik istehsal gücünün 110 min avtomobilə çatdırılması planlaşdırılır.

"Volqa K50"-nin satış qiyməti 4,2 milyon rubl ( 90 min manat civarında) olaraq göstərilir. Müqayisə üçün, avtomobilin bazasında yaradıldığı "Geely Monjaro" modeli Çində 1,5 milyon rubla (32 min manat civarında) satılır. (musavat.com)


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO