Baş nazir su ilə bağlı ödəniş məbləğlərini TƏSDİQLƏDi - CƏDVƏL

Baş nazir su ilə bağlı ödəniş məbləğlərini TƏSDİQLƏDi - CƏDVƏL

Hazırda oxunan: Baş nazir su ilə bağlı ödəniş məbləğlərini TƏSDİQLƏDi - CƏDVƏL

607099

Nazirlər Kabineti Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
 

Qərara əsasən, "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri", eləcə də "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin forması" təsdiq edilib.


Qərar 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir.

Təbii su mənbələrindən (su obyektlərindən) aşağıdakı məqsədlərlə götürülən suya görə ödəniş tutulmur:

- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin emal edilməmiş su ilə təmin edilməsi;

- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən içməli su təchizatı;

- "Azərenerji" ASC tərəfindən elektrik enerjisinin istehsalı üçün sudan istifadə edilməsi.

Su Məcəlləsinin 36-cı maddəsinə əsasən ümumi istifadədə olan, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslər öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə və s.) ödənişsiz istifadə edirlər.

Torpaq sahibləri Nazirlər Kabinetinin 28 dekabr 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Torpaq sahiblərinin onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yerin təkindən istifadə Qaydaları"na uyğun olaraq onlara məxsus torpaq sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər.

Torpaq sahibləri onlara məxsus torpaq sahələrinin hüdudlarında həmin Qaydalarda nəzərdə tutulan yerin təkindən istifadəyə görə ödənişlərdən azaddırlar.

Balıqçılıq, o cümlədən akvakultura məqsədilə yerüstü su obyektlərindən götürülən su istifadə edildikdən sonra drenaj sistemlərinə axıdıldıqda ödəniş 10 əmsal tətbiq edilməklə hesablanır.
 

Nazirlər Kabinetinin 6 mart 2026-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri"nin 3.3.2-ci yarımbəndinə uyğun olaraq tullantı suları tullantı sutəmizləyici qurğular tətbiq etməklə müəyyən edilmiş normalara çatdırıldıqdan sonra su obyektlərinə axıdıldıqda, ödənişlər 0,7 əmsal tətbiq edilməklə hesablanır.


Su obyektlərinə tullantı sularının axıdılmasına görə müəyyən edilmiş ödənişlər su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edən şəxsləri Nazirlər Kabinetinin 17 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Su obyektlərinə çirkləndirici maddələrin axıdılmasına görə ödəniş normativləri"ndə nəzərdə tutulmuş ödənişlərdən azad etmir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO