Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum oldu - CƏDVƏL

Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum oldu - CƏDVƏL

Hazırda oxunan: Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum oldu - CƏDVƏL

604998

Bu ilin martın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 49,116 milyard manat təşkil edib.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 930 milyon manat və ya 1,9%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 2,4 milyard manat və ya 5,2% çoxdur.
 

Bundan başqa, 2026-cı ilin martın 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 39,191 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 882 milyon manat və ya 2,3%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 3,7 milyard manat və ya 10,6% çoxdur.


Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 30,769 milyard manata bərabər olub.

Bu, aylıq müqayisədə 910,2 milyon manat və ya 3%, 2025-ci ilin eyni dövrünə nisbətən isə 2,6 milyard manat və ya 9,3% çoxdur.

Eyni zamanda, bu ilin martın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 17,859 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 315,5 milyon manat və ya 1,8%, ötən ilin eyni dövrünə nisbətən isə 2,3 milyard manat 14,8% çoxdur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO