Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Hazırda oxunan: Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

604920

Almaniyanın Xarici İqtisadi Fəaliyyətə Dəstək üzrə Dövlət Agentliyi ("NRW.Global Business") 29 iyun-3 iyul tarixlərində Azərbaycana və Qazaxıstana biznes-missiya təşkil edəcək.

Bu barədə Bizim.Media NRW.Global Business-ə istinadən xəbər verir.

"Səfərin təşkilinə səbəb Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) dinamik inkişafıdır. Avropa ilə Asiyanı birləşdirən strateji əhəmiyyətli bu ticarət yolunun logistika və infrastruktur sahəsindəki önəmi durmadan artır. Son illərdə bu istiqamətdə yük axını dəfələrlə artıb və proqnozlara görə, 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə artmağa davam edəcək.

"Bu, xüsusilə 2030-cu ilə qədər təxminən 20 milyard avro məbləğində kapital qoyuluşuna tələbatın proqnozlaşdırılması fonunda Şimali Reyn-Vestfaliya müəssisələri üçün əlverişli imkanlar yaradır", - "NRW.Global Business"də vurğulayıblar.

Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, marşrut üzrə daşımaların dinamikası sabit artım nümayiş etdirir:

2019-cu ildə 759 min ton, 2020-ci ildə 783 min ton, 2021-ci ildə 586 min ton, 2022-ci ildə 1,485 milyon ton, 2023-cü ildə 2,764 milyon ton, 2024-cü ildə 4,484 milyon ton.

Türk Dövlətləri Təşkilatının (TDT) məlumatına görə, 2025-ci ildə Orta Dəhlizlə yükdaşımaların həcmi 4,7 milyon tona çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO