AQTA və

AQTA və "Rospotrebnadzor" rəhbərləri müzakirələr apardı

Hazırda oxunan: AQTA və "Rospotrebnadzor" rəhbərləri müzakirələr apardı

60176

Fevralın 14-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova arasında videokonfrans formatında görüş keçirilib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, görüşdə qida məhsullarının qeydiyyatı və izlənilməsi üzrə əməkdaşlığın genişləndirilməsi və müvafiq normativ-texniki sənədlərin qarşılıqlı mübadiləsi ilə bağlı müzakirələr aparılıb.

Q.Təhməzli qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin iki ölkədə qida təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəyini bildirib.

Görüşdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə "Rospotrebnadzor"un müvafiq elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın qurulması, o cümlədən Rostov Mikrobiologiya və Parazitologiya Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Anna Popova son illər iki ölkə arasında qida təhlükəsizliyi sahələrində əməkdaşlığın daha da genişlənməsindən məmnunluğunu ifadə edib.

Sonda ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələlər və qarşılıqlı maraq doğuran digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO