Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,85 ABŞ dolları və ya 9,41 % artaraq 79,6 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya hərracların nəticələrində yer alıb.
Belə ki, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 77,82 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,69 ABŞ dolları və ya 9,54 % artaraq 76,79 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
09:57 / 03.03.2026
Azərbaycan nefti KƏSKİN BAHALAŞDI
Hazırda oxunan: Azərbaycan nefti KƏSKİN BAHALAŞDI
Hazırda oxunan: Azərbaycan nefti KƏSKİN BAHALAŞDI
599341
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































