Cəmiyyət inkişaf etdikcə yeni çağırışlar meydana gəlir. Belə çağırışlardan biri də vəzifəli şəxslərin gəlirlərinin, əmlaklarının hesabatlılığının təmin olunmasıdır. Yəni onların gəlirləri barədə açıq şəkildə ictimaiyyətə məlum verməsi vacib hesab olunur.
Bunun reallaşması isə qanunvericiliyə müvafiq dəyişikliklərlə mümkündür. Amma ölkəmizdə “Gəlirlərin deklorasiyası haqqında” qanunun qəbulu uzun illərdir ki, ləngiyir.
Bəs, sözügedən qanunun qəbulu gözlənilirmi?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Elşad Musayev bildirib ki, Azərbaycanda “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi haqqında” qanun var:
“Amma qanunun özünün işlək forması tam formalaşmayıb. Bu məsələ ilə bağlı digər qanunvericilik aktları var. Amma bu qanunların tələbləri gəlirlər və əmlak növlərini tam əhatə etmir. Bu sahədə şəffaflıqla bağlı cəmiyyətdə müəyyən təkliflər var.
Etiraf edək ki, müəyyən sahələrdə şəffaflığa nail olunub. Amma bütün gözləntiləri qarşılamaq üçün həm “Gəlirlərin deklorasiyası haqqında” qanun qəbul olunmalıdır, həm də bu qanunun işlək mexanizmi hazırlanmalıdır. Hansısa qanun varsa, amma onun işlək mexanizmi yoxdursa, təbii ki, onun effekti ola bilməz. Yəni məsələ yalnız qanunun qəbulu ilə bitmir. Eyni zamanda, onun işlək mexanizmi olmalıdır”.
Müsahibimiz hesab edir ki, “Gəlirlərin deklorasiyası haqqında” qanunun olmaması bir sıra neqativ hallara yol açır:
“Bu “qara iqtisadiyyat”ın dirçəlməsinə imkan verir. Belə vəziyyətdə isə ölkə lazımi səviyyədə inkişaf edə bilməz. Nəzərə alaq ki, bir sıra beynəlxalq təşkilatlar da bununla bağlı təkliflərini veriblər. Siyasi partiyalar və cəmiyyətin ayrı-ayrı kəsimləri də məsələ ilə bağlı öz narahatlıqlarını dilə gətiriblər. Hesab edirəm ki, bu qanunun qəbulu ölkəmizdə şəffaflığın təmin olunması və cəmiyyətdə etimadın güclənməsi üçün çox vacibdir”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
09:00 / 24.11.2025
Azərbaycanda “Gəlirlərin deklorasiyası haqqında” qanun qəbul olunacaq? –Deputatdan AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda “Gəlirlərin deklorasiyası haqqında” qanun qəbul olunacaq? –Deputatdan AÇIQLAMA
Hazırda oxunan: Azərbaycanda “Gəlirlərin deklorasiyası haqqında” qanun qəbul olunacaq? –Deputatdan AÇIQLAMA
582032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































