Ötən il icbari tibbi sığortadan istifadə edənlərin sayı açıqlandı

Hazırda oxunan: Ötən il icbari tibbi sığortadan istifadə edənlərin sayı açıqlandı

56862

"Ötən il ölkə üzrə 4 milyon pasiyent icbari tibbi sığortadan istifadə üçün müraciət edib".

Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qurumun ötən ilki fəaliyyətinə həsr olunan brifinqdə deyib.

O qeyd edib ki, dövlət tibb müəssisələrində 127 539 cərrahi əməliyyat icra olunub:

"Ən çox Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat həyata keçirilib. Ən çox ambulator şəraitdə tibbi müayinələr (2 milyondan çox) üçün müraciətlər olub".

Agentlik rəsmisi əlavə edib ki, 19 mindən çox şəxsə özəl xəstəxanaların xidmətlərindən yararlanmaq üçün göndəriş verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO