
- A-
- A
- A+
İqtisadiyyat
13:05 / 17.01.2022
Bakı Fond Birjasının ticarət dövriyyəsi 15,3 milyard manata çatdı - REKORD GÖSTƏRİCİ
Hazırda oxunan: Bakı Fond Birjasının ticarət dövriyyəsi 15,3 milyard manata çatdı - REKORD GÖSTƏRİCİ
55762
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakı Fond Birjasının (BFB) 21 illik fəaliyyəti dövründə ilk dəfə olaraq 2021-ci il ərzində ticarət dövriyyəsi 15 milyard manatı keçərək 15,3 milyard manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı BFB yayıb.
Mənbə qeyd edir ki, bazar kapitalizasiyasının həcmi 4,3 milyard manata yüksələrək Bakı Fond Birjasının tarixində ən yüksək göstəriciyə çatıb.
Korporativ qiymətli kağızların (ipoteka istiqrazları istisna olmaqla) buraxılışı həcmində rekord göstərici qeydə alınmış və ümumi məbləği 376 milyon manat olan 33 yerləşdirmə həyata keçirilib.
2021-ci il repo əməliyyatlarının həcmi üzrə 7,2 milyard manat olmaqla Bakı Fond Birjasının tarixində son illərin ən yüksək dövriyyəsi qeydə alınıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































