İpoteka kreditləri almaq istəyənlər üçün ŞAD XƏBƏR – Əlçatanlıq artırılacaq

Hazırda oxunan: İpoteka kreditləri almaq istəyənlər üçün ŞAD XƏBƏR – Əlçatanlıq artırılacaq

55479

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi cari ilin yanvar ayının 13-də 2 milyard manatı keçib.

Bizim.Media xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.

Məlumata görə, 2006-cı ildən fəaliyyətə başlayan ipoteka kreditləşməsi mexanizmi çərçivəsində bugünədək 37 minə yaxın ailə mənzil təminatının yaxşılaşdırılmasına nail olunub.

Hazırda dövlətin əsas sosial prioritetlərindən biri olan mənzil təminatı mexanizmlərinin təkmilləşdirilməsi və əhali üçün əlçatanlığının artırılması Fondun qarşısına qoyduğu əsas məqsədlərdəndir.

İpoteka kreditləşməsi sisteminin fəaliyyət göstərdiyi son 15 il ərzində davamlı dövlət dəstəyi sayəsində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan əhali qrupları üçün effektiv və səmərəli maliyyələşmə mexanizmi formalaşdırılıb.

İpoteka kreditləri üzrə əlverişli faiz dərəcələrinin qorunub saxlanılması, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslər üçün güzəştli ipoteka proqramlarının tətbiqi bu mexanizmin sosial dövlət proqramı olaraq kifayət qədər uğur qazanmasına səbəb olmuşdur.

Güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün davamlı olaraq dövlət büdcəsindən vəsaitlərin ayrılması təmin edilib.

İpoteka kreditlərindən faydalananların 70%-ə yaxını gənclər və gənc ailələrdir.

İpoteka kreditləşməsi mexanizmində ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq yeniliklərin tətbiqi, eləcə də kredit şərtlərinin ölkə üzrə maliyyə-iqtisadi konyuktura və mövcud reallıqlar nəzərə alınmaqla əhalinin tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlərin görülməsi bu gün də davam etdirilir.
 

Əhaliyə xidmət səviyyəsinin artırılması, şəffaflığın təmin edilməsi məqsədilə 2015-ci ildən etibarən vətəndaşların müraciətlərinin qəbulundan ipoteka kreditləri üzrə ödənişlərin qəbulunadək proseslərin tam avtomatlaşdırılması həyata keçirilib.


Fond 2022-ci ildə də fəaliyyət istiqamətlərinə uyğun olaraq əhalinin mənzil təminatı sahəsində öz fəaliyyətini davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO