Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Hazırda oxunan: Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb

55420

2021-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Bizim.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 %, qeyri-ərzaq malları üzrə 3,9 % artıb.

Hesabat ilində əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:


Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 54,3 %-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,4 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 %-i avtomobil benzini və dizel yanacağının, 5,2 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ildə istehlak mallarının dəyər ifadəsində 26,3 %-ni ticarət müəssisələri, 52,2 %-ni fərdi sahibkarlar, 21,5 %-ni isə bazar və yarmarkalar satıb.

2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,6 % artıb, fərdi sahibkarlar üzrə 1,5 %, bazar və yarmarkalarda 2,1 % azalıb.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 367,8 manatlıq, o cümlədən 199,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 167,9 manatlıq qeyri-ərzaq malları alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO