İlham Əliyev: “Koreya şirkətləri Azərbaycanın inşaat layihələrində iştirak edir”

İlham Əliyev: “Koreya şirkətləri Azərbaycanın inşaat layihələrində iştirak edir”

Hazırda oxunan: İlham Əliyev: “Koreya şirkətləri Azərbaycanın inşaat layihələrində iştirak edir”

54711

Koreyanın bir çox şirkəti Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən infrasktrur və inşaat layihələrində uğurla iştirak edirlər.

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 10-da Koreya Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Li In-Yonqun etimadnaməsini qəbul edərkən deyib.

Dövlətimizin başçısı birgə investisiya sahələrinin, ixrac-idxal əməliyyatlarının artırılmasının, insanlar arasında təmasların genişləndirilməsinin əhəmiyyətinə toxunub, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan lideri iki ölkə arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu bildirib, müstəqillik illərində münasibətlərimizin çox uğurla inkişaf etdiyini vurğulayıb. 

O, Azərbaycanla Koreya Respublikası arasında uzun illər müxtəlif sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini deyib, siyasi əlaqələrin inkişafından məmnunluğunu dilə gətirib. 

İlham Əliyev Koreyanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafına töhfə verdiyini xüsusu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO