“Roskosmos” Azərbaycana tramvay satacaq – Roqozindən AÇIQLAMA

“Roskosmos” Azərbaycana tramvay satacaq – Roqozindən AÇIQLAMA

Hazırda oxunan: “Roskosmos” Azərbaycana tramvay satacaq – Roqozindən AÇIQLAMA

52875

“Roskosmos” dövlət korporasiyası Azərbaycana kosmik sektor, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası üçün yeni birgə layihələr təklif edir.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikirləri idarənin rəhbəri Dmitri Roqozin səsləndirib.

“Biz dirçələn Azərbaycan şəhərləri üçün yüngül marşrutlu nəqliyyat təklif etmişik. İndi çox maraqlı və gözəl tramvaylar istehsal edirik. Biz maqnit yastıqla hərəkət edən qatarları -  Maglef sistemini istehsal edirik. Onları Azərbaycana, eləcə də tibbi ləvazimatları və daha çox şey verməyə hazırıq. Rusiyada tək Roskosmos Azərbaycan iqtisadiyyatı üçün çox vacib tərəfdaş ola bilər”, - Roqozin qeyd edib.

Roqozin həmçinin bildirib ki, Roskosmos Azərbaycan Kosmik Agentliyi ilə birgə Yerin kosmosdan zondlanması sahəsində fəaliyyət göstərməyi planlaşdırır.

Roskosmos rəhbəri vurğulayıb ki, dövlət korporasiyası Azərbaycanla təkcə kosmik sektorda deyil, enerji, nəqliyyat və tibb sahələrində də əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO