Avro əskinaslarında YENİLİK: Məşhurların siması olacaq

Hazırda oxunan: Avro əskinaslarında YENİLİK: Məşhurların siması olacaq

49427

Yaxın illərdə Avropa İttifaqında məşhur insanların və ya abidələrin simalarını əks etdirən ilk avro əskinasları peyda ola bilər.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) hazırda Avropa valyutasının dizaynında müvafiq dəyişiklikləri nəzərdən keçirir.

Müzakirələr 2022-ci il yanvarın 1-də qeyd olunan Avropa valyutasının yaradılmasının 20-ci ildönümünə təsadüf edir.

Nəşr xatırladır ki, bu cür ideyalar hələ 1990-cı illərdə irəli sürülüb, lakin problem yaranıb: hər bir dövlət əskinaslarda öz nümayəndələrinin, görməli yerlərinin və ya sənət əsərlərinin olmasını istəyib. Nəticədə, ECB-nin sələfi - Avropa Valyuta İnstitutu - bu təşəbbüsdən imtina edib və yalnız milli sikkə seriyası ilə məhdudlaşdırmaq qərara alınıb.

Müasir şəxsiyyətlər və onların sələfləri arasında coğrafi, gender və tarixi tarazlığı qorumaq üçün Aİ-yə üzv dövlətlərin təkliflərini hərtərəfli qiymətləndiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO