Əmanətlərin sığortalanmasında kompensasiya artırılır

Əmanətlərin sığortalanmasında kompensasiya artırılır

Hazırda oxunan: Əmanətlərin sığortalanmasında kompensasiya artırılır

4937

Azərbaycanda fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 100 min manat (xarici valyutada 100 min manat ekvivalentinədək) müəyyənləşdirilir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklikdə əksini tapıb.

4 il 9 ay ərzində qüvvədə olan bu qanunun müddəti iki dəfə uzadılıb, sonuncu müddət cari ilin dekabrın 4-də başa çatıb.

Təqdim olunmuş layihədə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinədək uzadılması təklif olunur.

Qanuna dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO