Azərbaycan bu il 26 ölkəyə 24 mln. tona yaxın neft ixrac edib - İlk \"3-lük\"

Hazırda oxunan: Azərbaycan bu il 26 ölkəyə 24 mln. tona yaxın neft ixrac edib - İlk \"3-lük\"

49050

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan İtaliyaya 5 337 711,07 min ABŞ dolları dəyərində 11 408 096,26 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Bizim.Media-nın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Xorvatiya qərarlaşıb.

Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 751 238,16 min dollar dəyərində 1 530 609,18 ton neft ixrac edib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri İspaniya tutur. Yanvar-oktyabr aylarında bu ölkəyə 552 660,7 min dollar dəyərində 1 270 845,01 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 26 ölkəyə 11 220 098,82 min dollarlıq 23 800 444,38 ton neft ixrac edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO