Bu il az buğda alıb, çox pul xərcləmişik

Hazırda oxunan: Bu il az buğda alıb, çox pul xərcləmişik

48434

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 890 min 233 ton buğda idxal edilib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, buğda idxalının dəyəri 246 milyon 255 min dollara bərabər olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il buğda idxalı çəki ifadəsində xeyli azalsa da, qiymət artımı idxala daha az vəsait xərcləməyə imkan verməyib.

Belə ki, 2020-ci ilin yanvar-oktyabr aylarında xaricdən bu ilkindən daha çox - 1 milyon 141 min 609 ton buğda ixrac edilsə də, onun dəyəri bu ilki vəsaitdən daha az - 243 milyon 445 min dollara bərabər olub.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO