Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan və Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələrin birinci raundu keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məsləhətləşmələrdə Səudiyyə Ərəbistanı tərəfini xarici işlər nazirinin müavini Valid bin Əbdülkərim Əl-Xureyci, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanla Səudiyyə arasında gömrük əməkdaşlığı - FOTO
Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.
Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.
Bizim.Media