Xarici ticarətdə 7,5 milyard dollarlıq müsbət saldo yarandı

Hazırda oxunan: Xarici ticarətdə 7,5 milyard dollarlıq müsbət saldo yarandı

48244

Bu il yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 182,7 milyon dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bizim.Meda xəbər verir ki, Dövlət Gömrük Komitəsi xarici ticarətin gömrük statistikasının əsas göstəricilərini açıqlayıb.

Göstəriciyə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,7% çoxdur.

Bu ilin ilk 10 ayında xarici ticarət 16 milyard 848,9 milyon dolları ixracın, 9 milyard 333,8 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 37,7% çox, idxal isə 6,4 % artıb.

Son nəticədə xarici ticarətdə 7,515 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,2 dəfə çoxdur.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO