Sahibkarlar maskaya görə 1 milyon manat cərimələnib - RƏSMİ

Hazırda oxunan: Sahibkarlar maskaya görə 1 milyon manat cərimələnib - RƏSMİ

48222

Vergi orqanı əməkdaşları tərəfindən 36.935 təsərrüfat subyektində aparılmış müşahidələr nəticəsində 3.952 halda qanun pozuntusuna yol verildiyi müəyyən olunub, sahibkarlıq subyektlərinə 1 milyon 81,8 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, Xidmət sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl olunması məqsədilə monitorinqləri davam etdirir.

Ticarət obyektlərini əhatə edən monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskalardan istifadəsi və sosial məsafənin gözlənilməsi halları yoxlanılır.

Qeyd olunur ki, ticarət məntəqələrində monitorinqlər davam etdiriləcək, müəyyən olunmuş qayda və tələblərin pozulması hallarına yol verən sahibkarlıq subyektlərinə qarşı ciddi tədbirlər görüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO