Şəhər içi gediş-gəliş üçün təyyarədən istifadə ediləcək

Hazırda oxunan: Şəhər içi gediş-gəliş üçün təyyarədən istifadə ediləcək

48202

"Hyundai Motor Group"un tərkibində "Supernal” adlı yeni şirkət yaradılıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, şirkət elektrik təyyarələrini inkişaf etdirməyi planlaşdırır.

"Supernal” 2028-ci ildə ilk elektrik təyyarələri vasitəsilə kommersiya uçuşunu həyata keçirəcək, 2030-cu ilə qədər isə istehsalını genişləndirəcək.

Eyni anda dörd və ya beş sərnişin götürmək potensialına malik "eVTOL" təyyarəsinin, əsasən şəhər içi nəqliyyatda istifadə ediləcəyi qeyd olunub. Amma elektrikli təyyarə ilk növbədə ABŞ-da dövlət və özəl qurumlarla əməkdaşlıqda istifadə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO