Azərbaycan və Türkiyənin qarşılıqlı investitsiyalarının həcmi açıqlandı

Hazırda oxunan: Azərbaycan və Türkiyənin qarşılıqlı investitsiyalarının həcmi açıqlandı

0:00
0:00
48191

Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İqtisadi İslahatlar” elmi analitik jurnalında yer alıb.

Qeyd olunur ki,2020-ci il Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiya həcminə görə, Türkiyə 578 milyon dollar investisiya məbləği və 12,8% xüsusi çəki ilə Birləşmiş Krallıqdan sonra 2-ci yerdə qərarlaşıb.
 

Türkiyə 2020-ci ildə Azərbaycanın ən çox investisiya yatırdığı ölkə olub. Müvafiq dövrdə Azərbaycan Türkiyə iqtisadiyyatına 334 milyon dollar investisiya yatırıb ki, bu ölkəmiz tərəindən yönəldilmiş ümumi birbaşa xarici investisiyalarda 6% pay demək olub.


Hazırda Türkiyədə 2000-ə yaxın Azərbaycan, ölkəmizdə isə 4100-dən artıq Türkiyə şirkəti fəaliyyət göstərir.

Türkiyə şirkətləri Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən ümumi dəyəri 16 milyard dollar olan 320-ə qədər layihədə podratçı qismində iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO